“Forbes” jurnalına görə dünyanın ən çox qazanan modeli braziliyalı Gisele Bundchen Baham adalarında istirahət edərkən paparassilərə yaxalanıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, “podiumu buraxdım” deməsinə baxmayaraq bir çox məşhur markanın üzü olan Gisele ötən il 34 milyon dollar qazanıb.
Model təxminən 3 aydır keçirdiyi estetik əməliyyata görə ictimaiyyət arasına çıxmırdı. Lakin bazar günü çimərlik geyimində paprassilərə tuş gəlib.
Bir müddət əvvəl Parisdə çarşafda gizlənərək estetik xəstəxanasından çıxarkən görüntülənən Bundchen-in sinəsini böyütdüyü irəli sürülmüşdü.
35 yaşındakı iki uşaq anası Gisele rəngli bikinisi ilə ABŞ mətbuatının manşetlərində yer alıb.