Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Dəyanət Dəmirov gömrük nəzarətindən keçərkən onun çamadanındakı şampun qabında, məhlul formasında, ümumi təmiz çəkisi 0,7 qram təşkil edən narkotik maddə - metadon aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda isə İrandan Azərbaycana gələn İran vətəndaşı Abdolı Mahmood Bahar Alının idarə etdiyi “Scania” markalı sərnişin avtobusuna xidməti itin tətbiqi ilə baxış zamanı avtobusun qabaq sol hissəsində, iki ədəd işlək akkumulyatorunun arxa hissəsindəki boşluqda 1 ədəd bükümdə, xalis çəkisi 198,07 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı təhqiqat aparılır.