Xəbər verdiyimiz kimi dünyanın müxtəlif ölkələrindən gələn gözəllər “Miss Globe İnternational” beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün artıq bir neçə həftədir ki, Bakıdadırlar.
Oxu.Az xəbər verir ki, müsabiqənin “Baku Crystall Hall”da keçiriləcək finalının iştirakçıları Heydər Əliyev Mərkəzində sərgilərlə tanış olublar.
Xatırladırıq ki, müsabiqənin finalı sentyabrın 14-də baş tutacaq. Yarışmada Azərbaycanı Oksana Rzayeva təmsil edəcək.
Yarışmanın finalı ilə əlaqədar Bakıya məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy və İnna, rəqqasə Asena və Rumıniyanın “Radio Killer” qrupu var.
Gözəllik yarışması dünyanın 70-dən çox ölkəsində yayımlanacaq.
Aytən Sadıqzadə