Bakıda güclü külək az qala faciəyə səbəb olub.
Oxu.Az Vesti.Az-a istinadən xəbər verir ki, Nəsimi rayonunda yeni tikilmiş binalardan birinin 16-cı mərtəbəsindən qopan plastik pəncərə bir neçə avtomobilin üzərinə düşüb.
Bildirilir ki, populyar müğənni Manaf Ağayevin “Lexus” markalı avtomobili ciddi zədələnib.
Lakin ətrafdakı insanların marağını görən müğənni maşını çəkməyi qadağan edib.
Xoşbəxtlikdən, pəncərələr yerə düşərkən avtomobildə heç kim olmayıb.