Kann, Afina və Berlindən sonra “Bakı-2015” ilk Avropa oyunlarının növbəti təqdimatı noyabrın 18-də İstanbulun “Çırağan” sarayında keçirilib.
Türkiyəli müğənni Gülben Ergen də həmin tədbirə dəvət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə yazıb. O, tədbirlə bağlı ona və həyat yoldaşına ünvanlanan dəvətnamənin fotosunu İnstagram səhifəsində yerləşdirib.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdimat mərasimində iştirak edib.

Aytən Sadıqzadə