Mustafa Sandal "Şıkır Şıkır "adlı mahnısını özündən icazəsiz ifa etməsinə görə 2011-ci ildə Gülbən Ərgənə 35 min türk lirəsi (TL) dəyərində təzminat iddiası açmışdı.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ötən aylarda baş tutan məhkəmə prosesində Ərgən 12 min 500 TL maddi təzminat ödəməyə məhkum edilmişdi.
Ancaq iş Appelyasiya Məhkəməsinə göndərildikdən sonra bu qərar dəyişdirilb. Məhkəmə təzminatın maddi deyil, mənəvi olmasını təsdiqləyərək sənədləri geri göndərib.
Beləliklə, Gülbən Ərgən Mustafa Sandala 12 min 500 TL mənəvi təzminat ödəməyə məhkum edilib.

Aytən Sadıqzadə