Tolqa Karellə ötən həftə rəsmi olaraq boşanan Günay Museyeva heç vaxt heç bir yerdə söyləmədiyi açıqlamalar edib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Cahangir Can adında bir uşaqları olan cütlüyün ayrılıq mərhələləri olduqca ağrılı keçir.
Günay Museyeva keçən aylarda amerikalı sevgilisiylə tətil edən keçmiş həyat yoldaşı barəsində mediada çox danışılacaq şərhlər verib. Günay xanım evliliyi boyunca fiziki şiddətə məruz qaldığını söyləyib.
Bu mövzu haqqında çox şərh verməkdən qaçan Museyeva aktyorun övladını sevməsindən də şübhə etdiyini sözlərinə əlavə edib.
Aytən Sadıqzadə
www.oxu.az