Son günlər Bakıda yol polislərinin bahalı avtomobillərə qarşı keçirdiyi kütləvi reydlər zamanı digər avtomobillər də diqqətdən yayınmayıb.
Oxu.Az xəbər verir ki, Avtosfer.az-ın məlumatına görə, hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisində yerləşən iki cərimə meydançasında 20-dən artıq “Niva” markalı avtomobil var.
Həmin avtomobillərdə qadağan olunmuş səs siqnalları, plyonka, konstruksiya dəyişikliyi aşkarlandığı üçün cərimə meydançasına salınıb.
Oxu.Az “Niva” markalı avtomobillərin bir neçəsinin cərimə meydançasında çəkilmiş fotolarını təqdim edir:
E.Ə.
www.oxu.az