Model Günay Musayeva Türkiyə mətbuatında boşanmadan yeni sevgi münasibətinə başlaması haqda yayılan xəbərləri cavabsız qoymayıb.
Oxu.Az xəbər verir ki, model İnstagram hesabında buna aydınlıq gətirib:
“Hər zaman cavab verməməyə, ciddi qəbul etməməyə çalışıram. Artıq səbrim tükənib. 8 ildir ki, mənimlə çalışan, mənə qardaşlıq edən, yardımları ilə əlim-ayağım olan, hər zaman yanımda görüntülənən Ülvi Hadiyevlə (Şaba) də sevgili olduğumu yazıblar. Həmin xəbəri yazan jurnalistin xəyal gücünə təəccübləndim.
Ülvi, gülüş səslərini eşidə bilirəm. Söyləyəcək söz tapmıram. Yalan xəbər yazanda da nə içdiyiniz mənim üçün çox maraqlıdır”.
Qeyd edək ki, Türkiyə mətbuatı Günay Musayeva ilə köməkçisi Ülvi Şabanın fotosunu yayımlayaraq, modelin iş adamı Vedat Mavuzerlə sevgili olduğunu yazıb.
