Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Somada baş verən faciəyə biganə qalmayıb.
Oxu.Az xəbər verir ki, model İnstagram hesabında insanları yardım kampaniyasına qoşulmağa dəvət edib:
“Heç bir şey edə bilmirsinizsə, Soma yazıb 4025-ə göndərin! Ümid edirik ki, yardımlarımız ünvanına çatar. Dua etməkdən başqa əlimizdən heç nə gəlmir. Allah analarına, həyat yoldaşlarına, uşaqlarına səbir versin. Başın sağ olsun, Türkiyə”.
