Amerikalı sevgilisi Sarah Margaret Scott ilə ailə qurmağa hazırlaşan aktyor Tolga Karel toy tarixini açıqlayıb.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Karel may ayında evlənəcəyini bildirib.
“Sonda əsl eşqi tapdığıma inanıram. 11 mayda nişanlım Sarah Margaret Scott-la evlənəcəyik”.
Aktyor həmçinin yeni seriala çəkiləcəyini də vurğulayıb:
“İstanbulda 13 hissəlik bir seriala razılaşma imzaladım. Amerika-Türkiyə arası gedib gələcəyəm”.

Qeyd edək ki, Tolga Karel 2011-ci ildə evləndiyi azərbaycanlı model Günay Musayevadan 2015-ci ildə boşanıb. Cütlüyün həmin nikahdan bir oğlu var.
Aytən Sadıqzadə
www.oxu.az