Türkiyədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva “O səs Türkiyə” müsabiqəsində ifası ilə hər kəsi heyran edən müğənni Elnur Hüseynovla bir araya gəlib.
Oxu.Az xəbər verir ki, Günay Elnurla çəkilmiş fotosunu sosial şəbəkədə paylaşaraq “Elnurçiklə görüş, onun səsi dünyadakı nadir səslərdən biridir. İnanıram ki, o, istedadı ilə haqq etdiyi yerə gələcək”,- deyə şərh yazıb.