“İslam dövləti” (İŞİD) yaraqlıları öldürülmüş ABŞ vətəndaşı Ceyms Foulinin cəsədini almağı təklif edirlər, Oxu.Az xarici mətbuata istinadən xəbər verir.
İslamçılar onun qalıqlarına görə 1 milyon dollar istəyirlər.
Terrorçular pulu aldıqdan sonra ölənin DNK-nı da təqdim edəcəklərini bildirirlər.
Foulinin qatillərinin sözlərinə görə, onlar bunu insanpərvərlikdən və jurnalistin qohumlarına onun meyitini almaqda yardımçı olmaq üçün edirlər.
Qeyd edək ki, amerikalı jurnalist Ceyms Fouli 2012-ci il noyabrın 22-də Suriyada oğurlanıb. İslamçılar 2014-cü ilin avqustunda onun başını kəsiblər və qətlin videogörüntülərini internetdə yerləşdiriblər.