“İslam Dövləti” (“İraq Şam İslam Dövləti”, İŞİD) yaraqlıları iki ilə yaxın itkin düşmüş hesab edilən amerikan jurnalisti Ceyms Foulinin başını kəsiblər.
Oxu.Az xəbər verir ki, bu barədə Reuters bildirib.
Foulinin bəyanatı və edamını əks etdirən “A Message To America” videosu (“Amerikaya mesaj”) sosial şəbəkələrdə avqust ayının 19-da yayılıb.
Daily Mail qeyd edir ki, yaraqlılar ABŞ-nı İraqdan qoşunlarını çıxarmağa çağırıblar. Əks halda onlar əsir götürülmüş digər Time-ın jurnalisti olan, Coel Soltoffu da qətlə yetirəcəklərini bildiriblər.
Fotoqraf-frilanser Fouli ölümündən qabaq müraciətində öz ölümündə Amerika hakimiyyətini günahlandırır.
“Mən öz dostlarımı, ailəmi və sevdiklərimi mənim real qatillərimə, ABŞ haimiyyətinə qarşı çıxmağa çağırıram. Mənim başıma gələnlər onların cinayət fəaliyyətinin nəticəsidir. Valideynlərimə: qürurunuzu qoruyun və İraqda hərbi kampaniyaya başlamaqla tabutumun son mismarını vuran o adamlardan ölümümə görə heç bir təzminat qəbul etməyin”, - o deyib.
Bəyanatın sonunda Fouli təəssüflənir ki, amerikalıdır.
Bununla yanaşı Associated Press xəbər verir ki, ABŞ hakimiyyəti videoyazının əsilliyini araşdırırlar. Milli Təhlükəsizlik Şurasının Ağ ev nümayəndəsi Keytlin Heyden bəyan edib ki, əgər video əsildirsə o zaman ABŞ “günahsız amerikan jurnalistinin qətlindən dəhşətə gəlir”.
Daha öncə yaraqlıların nümayəndələri, əgər ABŞ İraqda onların mövqelərinə aviazərbələri dayandırmasa Vaşinqtona, amerikalılara hücum etməklə təhdid ediblər.
Bazar ertəsi avqust ayının 18-də ABŞ prezidenti Barak Obama Amerika aviazərbələrinin İraqda Mosul rayonunda strateji vacib olan su anbarına nəzarətin geri qaytarılmasında effektivliyini vurğulayıb. “Son 11 gün ərzində Amerika aviazərbələri İŞİD-in Erbil şəhəri istiqamətində hərəkətini dayandırıb”, - Obama Vaşinqtonda brifinq zamanı bildirib.
“İslam dövləti” qruplaşmasının yaraqlıları 2014-cü ilin iyununda İraqın şimal və qərb rayonlarına hücum ediblər. Radikallar bir neçə şəhəri öz nəzarətləri altına alıblar: iyun ayının 10-da onlar Mosulu, səhərisi gün isə Tikrit, bir neçə gün sonra isə Bağdada yaxınlaşıblar. Avqust ayının 3-də İŞİD üzvləri iki böyük neft yatağını nəzarət altına almağa müvəffəq olublar.
İraq hakimiyyətinin yardımına ABŞ hərbçiləri gəlib. Amerika HHQ islamçıların mövqelərinə bir neçə aviazərbə vurublar.
Avqust ayının 15-də BMT-nin Təhlükəsizlik Şurası bəyannamə qəbul edib. Bu bəyannaməyə görə “İslam Dövləti”, eləcə də “Cebhat an-Nusra” ilə əlaqəsi olan şəxslərə qarşı sanksiya yürüdülüb. Artıq altı nəfər qara siyahıya düşüb.