El şənliklərinin və digər mədəni-kütləvi tədbirlərin mahir aparıcısı Pünhan İsmayıllı "Düzünü desək" verilişində qonaq olub.
Oxu.Az ATV.az-a istinadla xəbər verir ki, verilişdə səsləndirdiyi fikir Pünhan bəyə baha başa gəlib:
"70 yaşında kişi 18 yaşlı qızla evlənə bilməz".
Bu fikirə etiraz edən mərhum aktyor Hacıbaba Bağırovun həyat yoldaşı bildirib:
" Xeyr, 70 yaşında kişi 18 yaşlı xanımla evlənə bilər. Sevgi yaşa baxmır. Hacıbaba məndən 30 neçə yaş böyük idi. Heç kim sığorta olunmayıb. Sevgi var-dövlətə, imkana, yaşa baxmır".