Hakan Başla qısa sürən bərabərliyindən sonra ayrılıq yaşayan türkiyəli müğənni Hadise yenidən aşiq olub.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadla xəbərinə görə, məşhur müğənninin təxminən bir aydır Uğur Güvenlə birlikdə olduğu deyilir. Cütlük sevgi münasibətlərini ən yaxınlarından belə gizli saxlayır.
Qeyd edək ki, Çiğdem Kayalının köhnə sevgilisi olan Uğur Güvenin adı bir ara Saba Tümerlə də çəkilirdi.
Aytən Sadıqzadə