Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovdan xəbər var.
Oxu.Az-ın məlumatına görə, aktyor bir xanımın ona yazdığı mesajları sosial şəbəkədə paylaşaraq, bunları qeyd edib:
“Bir qız məni onunla münasibətdə olmaqda günahlandırır. Özümə arxayınam və şərdən qorunmaq üçün həmişə Allaha dua edirəm. Şəxsi həyatıma təsir etmək istəyir. Amma bilin ki, mənim ailəm var, çox xoşbəxtəm. Ailəmi sizin kimi şeytan xislətli insanlar dağıda bilməz”.
“Gün üzü” verilişində qonaq olan E.Kərimov aparıcı, vəkil Zülfiyyə Bayramovadan kömək istəyib:
“Həmin xanımın yazdıqlarının şəklini çəkib saxlamışam. Mənə kömək edin, o adamı tapım. Onu tanımıram, yalan deyri. Məktubda guya mənimlə görüşdüyü ünvanı yazıb. Orada mən kastinqdə olmuşam. Əvvəllər də belə hadisə olurdu, fikir vermirdim. "Facebook"dakı hesabımı mən deyil, həyat yoldaşım işlədir".
