Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Həbs olunan prodüser Təranə Səmədova övladları ilə bağlı ərizə yazacaq - FOTO
Həbs olunan tanınmış prodüser Təranə Səmədova övladlarının qəyyumluğa verilməsi ilə bağlı ərizə yazacaq.
Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib:
“Bir neçə gün öncə Təranə ilə danışığımız olub. Bildirib ki, uşaqların bizim qəyyumluğumuza verilməsinə görə ərizə yazacaq”.
Kəmalə Ağazadə prodüserin azyaşlı qızının çəki probleminin artıq düzəldiyini, böyük qızının isə növbəti həftədən dərslərinə davam edəcəyini bildirib:
“Balaca qız anasından ayrı qaldığı üçün kürlük etmir. Uşağın qidalanmasında, inkişafında nə lazımdırsa, edirik. Hər şey qaydasındadır. Gələn həftədən etibarən Təranənin böyük qızı Suel məktəbə gedəcək. Qiymətləndirmə Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir. Uşaqlarla bağlı yetərincə iş aparılır. Hələlik istintaq-məhkəmə dövründə uşaqlar bizim sığınacaqda qalacaqlar”.
Birlik sədri əlavə edib ki, Təranənin uşaqlarını himayəsinə almaq istəyən müğənni Rəqsanə hər gün uşaqlarla bağlı məlumatlar alır.
Qeyd edək ki, bu, Təranə Səmədovanın ikinci həbs həyatıdır. Birinci dəfə insan alverinə görə təqsirləndirilən prodüser iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunub. Hazırda isə o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.
Şəlalə Babayeva
Rəylər