Bu gün Xalq artisti Həmidə Ömərovanın oğlu Rəhimin toyudur.
Oxu.Az xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkə hesabında məlumat paylaşıb. Məclis Bakıda restoranların birində baş tutacaq.
“Düz iki ay əvvəl mənə zəng edərək, titrək səslə müjdəni verdi və “Nurançik, səni Rəhimin toyuna dəvət edirəm” dedi. O qədər sevindim. Çünki Həmidə xanım bu günü çoxdan gözləyirdi. Hətta deyim ki, Rəhim doğulandan anası ancaq onun toyunu arzu edirdi. Çox sevincliyəm, elə bilirəm ki, qardaşımın toyudur. Ən gözəli isə odur ki, Rəhim öz sevdiyi xanımla ailə həyatı qurur”, - deyə aparıcı vurğulayıb.
Hacı Nuranın toy günündən paylaşdığı görüntüləri təqdim edirik: