İranlı aktrisa Sadaf Taherian hicabsız fotolarını sosial şəbəkədə paylaşdığı üçün onun filmlərdə çəkilməsinə qadağa qoyulub.
Oxu.Az daily mail-ə istinadən xəbər verir ki, media nümayəndələri və sosial şəbəkə istifadəçiləri onu bu hərəkətinə görə “əxlaqsız” adlandırıb.
Aktrisa ABŞ-da fars dilində yayımlanan “Masih Alinejad şou” proqramına qatılacağını, bundan sonra Dubayda yaşayacağını bildirib:
“İran xalqından bunu gözləmirdim. Mən özümü bu şəkildə xoşbəxt hesab edirəm. İnanırdım ki, məni dəstəkləyənlər olacaq. Ancaq düşündüyüm kimi olmadı. Karyerama Dubayda davam edəcəyəm”.