Bakının Xocalı prospektində quraşdırılmış “Milli Ön” terminalından pul oğurlanıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da Xocalı prospektində quraşdırılmış “Milli Ön” ödəmə terminalından 1100 manat oğurlamış Bakı şəhər sakini Andrey Pavlenko tutulub.