Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir və tanınmış reper Dado birlikdə rep ifa ediblər.
Oxu.Az xəbər verir ki, “Göz var” adlı mahnı “YouTube” kanalında təqdim olunub.
Xatırladaq ki, Cahangir 2014-ci ildə təhsil aldığı 191 saylı məktəbin məzunları üçün keçirilən tədbirdə “son zəng”i çalıb və rep ifa edib. O, eyni zamanda atasının ifasında sevilən “Kef elə” trekini də oxuyub.