Vaşinqton, Rusiyada 22 il azadlıqdan məhrum edilən ukraynalı hərbçi Nadejda Savçenkonun ABŞ-da cəza çəkən Rusiya vətəndaşları Viktor Buk və Konstantin Yaroşenko ilə dəyişdirilmə imkanını nəzərdən keçirmir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Amerikanın Moskvadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib.
Diplomat xatırladıb ki, ABŞ “məhkumların saxlanılması üzrə beynəlxalq və milli hüquq çərçivəsindəki öhdəliklərinə sadiqdir”.
Vaşinqton, həmçinin ABŞ ərazisində cəza çəkən xarici məhkumlara lazımi konsul çıxışını təmin edir, Stivens vurğulayıb.
Savçenkonun But və Yaroşenkoya dəyişdirilməsi imkanı barədə daha öncə - martın 29-da “İnterfaks” məlumat yaymışdı. Agentliyin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda bu qəbildən olan prosedurun perspektivləri barədə məsləhətləşmələr gedir.
“Rusiya tərəfi sabiq Ukrayna hərbçisini azad edilməsi müqabilində dəyişdirə biləcəyi həmvətənlərinin siyahısını təklif edib” mənbə bildirib və siyahıda fəaliyyəti adətən açıqlanmayan rusiyalıların da olduğunu vurğulayıb.
Rusiyalı Viktor But 2008-ci ilin martın 6-da Banqokda həbs edilib və iki il davam edən məhkəmə iclaslarından sonra ABŞ-a gətirilib. 2011-ci ilin noyabrında iri silah partiyasının sol Kolumbiya qruplaşması FARK-a satmağa dair sövdələşməyə görə 25 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.V.But cəzasını İllinoysdakı Merion şəhərində çəkir.
Digər rusiyalı Konstantin Yaroşenko ABŞ-a iri kokain partiyasının gətirilməsi məqsədi ilə sövdələşməyə görə Amerika məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.
11:48
Rusiyada 22 il müddətinə azadlıqdan məhrum edilməyə məhkum olunan Ukrayna hərbçisi Nadejda Savçenkonu ABŞ-da cəza çəkən rusiyalı Viktor But və Konstantin Yaroşenko ilə dəyişdirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “İnterfaks” məlumat yayıb.
Agentiyin həmsöhbətlərindən birinin sözlərinə görə, hazırda Savçenkonun mümkün dəyişdirilməsinə dair məsləhətləşmələr aparılır.
“Rusiya tərəfi sabiq Ukryana hərbçisini azad edilməsi müqabilində dəyişdirə biləcəyi həmvətənlərinin siyahısını təklif edib”, - mənbə bildirib.
Moskvanın ukraynalı hərbçiyə dəyişə biləcəyi rusiyalıların siyahısında sahibkar Viktor But və təyyarəçi Konstantin Yaroşenko da var.
“Onların sırasında fəaliyyəti adətən açıqlanmayan rusiyalılar da var”, - mənbə əlavə edib və Savçenkonun dəyişdirilməsi üçün problemin olmadığını vurğulyıb. Belə ki, ona qarşı qəbul edilmiş hökm qüvvəyə minməyib.
Savçenkonun vəkili Mark Feyqin bu informasiyanı şərh edərkən bəyan edib ki, Savçenkonun But və Yaroşenko ilə dəyişdirilməsinə qarşı deyil. O həmçinin bu məsələnin ABŞ-ın baş katibi Con Kerrinin Moskvaya səfəri zamanı müzakirə edildiyini də ehtimal edib.
Martın 26-da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, ukraynalı hərbçinin taleyi məsələsini yalnız dövlət başçısı Vladimir Putin həll edə bilər. Martın 25-də Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Savçenkonun Rusiya qanunvericiliyinə riayət olunması şərti ilə Ukraynada saxlanılan rusiyalılara dəyişdirilməsi imkanının olduğunu bildirib.