Avstraliya aktyoru Hyu Cekman 6-cı dəfə xərçəng xəstəliyindən müalicə alıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bu barədə aktyorun özü “Instagram” səhifəsində məlumat verib.
O, növbəti dəfə bazal hüceyrəli karsinomadan müalicə aldığını qeyd edib.
Aktyor tez-tez edilən müayinələr və həkimlərin sayəsində hər şeyin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, H.Cekman ilk dəfə dəri xərçəngi xəstəliyindən 2013-cü ilin noyabr ayında müalicə alıb.

A.S.
www.oxu.az