“Bu günlərdə çox oturub-düşündüm. “Niyə bu günlərimi itirdim?”, deyə öz-özümə sual verdim”.
Oxu.Az xəbər verir ki, bu sözləri ikinci dəfə xərçəng xəstəliyinə tutulan, “Toppuş bacı” obrazı ilə məşhurlaşan Əməkdar artist Tünzalə Əliyeva ARB TV-də qonaq olarkən deyib.
Ağrılı-acılı günlər keçirən sənətçi kövrələrək xəstəliyinin onun əlindən hər şeyini aldığını söyləyib:
“Çox heyf ki, gözəlliyim, şarmım, hər şey onunla getdi. Köklüyümlə bağlımı deyim... Hər şey onunla getdi. Elə bil ki, insanların mənə olan ehtiyacı onunla getdi. Ən əsası isə televiziyaların mənə olan ehtiyacı getdi. Hər şeyi ona görə itirdim (ağlayır)”.
Rəşad Əliyev