Teleaparıcı İlkin Həsəni “Bozbash pictures” komandasının avtomobil qəzası keçirməsi ilə bağlı xəbərlərə aydınlıq gətirib.
Oxu.Az məlumat verir ki,aparıcı İnstagram səhifəsində xəbərlə bağlı belə yazıb:
“Şamaxı və Göyçay çəkilişimiz də baş tutdu, Bakıdayıq. Bu səfər daha da böyük izdiham, tamaşaçı sevgisi və bu sevgidən əmələ gələn uzun tıxaclar gördük. Göyçayda çəkilişimizə və ümumiyyətlə, çəkiliş qrupuna aid olmayan kiçik insident yaşandı, nədənsə bu xəbər Bakıya qəza xəbəri kimi gəlib çatdı. Hər şey OK dostlar, hamı sağ və salamatdır. 40 dəqiqəlik bir seriya üçün bəzən 10-12 saat çəkiliş gedir, ona görə də telefona cavab verə bilmirdik!”

Aytən Sadıqzadə
www.oxu.az