Məşhur aparıcı-aktyor İlkin Həsəninin toyunun tarixi məlum olub.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, ATV-nin simasının özəl günü bu ayın 25-də baş tutacaq.
Bakıdakı məşhur restoranların birində təşkil olunacaq məclisdə ictimai şəxslər, kino və şou dünyasının tanınmış simaları iştirak edəcək.
Artıq qonaqlara dəvətnamələr paylanılıb.
Qeyd edək ki, İlkin ATV-nin əməkdaşı olan Aysel xanımla evlənir. Cütlük ötən ilin aprel ayında nişanlanıb.
A.S.
www.oxu.az