Bu gün yerli mediada xalq artisti Aygün Kazımovanın qızı İlqarənin sevgilisi deyilən bir oğlanla şəkli yayılıb.
Oxu.Az məsələ ilə bağlı hazırda Türkiyədə olan İlqarə Kazımova ilə əlaqə saxlayıb. O, bu xəbəri gülərək qarşılayıb.
“O, mənim sevgilim deyil. Anamın fotoqrafıdır. Mənim isə ən yaxın dostlarımdan biridir. Jurnalistlər birinci dəfə deyil mənim haqda bu cür şayiələr yazır. Dostlarımla şəkillərimi götürüb sevgililərim kimi qələmə verirlər. Jurnalistlərdən xahiş edirəm ki, belə bir xəbər yazarkən dəqiqləşdirsinlər”.,- deyə müğənni bildirib.
Aytən Sadıqzadə
www.oxu.az