Amerikalı aktyor Coni Depp Avstraliyanın şəhəri Brisbendə uşaq xəstəxanalarından birini ziyarət edib, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir.
Aktyor balaca pasientlərin qarşısına – “Karib dənizi quldurları” filminin əsas qəhrəmanlarından biri “Cek Sərçə” obrazında çıxıb.
Klinikaya Depp, filmdə quldur Skramın rolunu oynayan Stiven Qremm ilə bərabər gəlib.
Aktyorlar xəstəxanada iki saata yaxın olublar. Bu zaman ərzində onlar pasientlərlə ünsiyyət qurmağı və bərabər şəkil çəkdirməyi çatdırıblar.
İndi Coni Depp Avstraliyada daha çox vaxt keçirir. Belə ki, orada “Karib dənizi quldurları: ölülər nağıl danışmır” filminin çəkilişləri gedir.