“Duz tökmə” hərəkətilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türk iş adamı Nüsrət Gökçe məşhur seriala çəkilib.
Oxu.Az-ın hurriyet.com.tr-yə istinadən məlumatına görə, o, keçən həftə Kolumbiyanın paytaxtı Boqoto şəhərinə yollanıb və “Narcos” serialının yeni mövsümündə epizodik rolda çəkilərək ekran işinin əsas qəhrəmanlardan birinə ət servisi edib, yəni serialda da öz işini görüb.
Çəkilişlər əsnasında o, serialın baş rol ifaçısı Pedro Paskalla fotoşəkil çəkdirib.
“Narcos”un üçüncü mövsümü avqust və ya sentyabrda başlayacaq.
A.S.
www.oxu.az