Məşhur türk qəssab Nüsrət “Survivor” realiti şousunun qonağı olub.
Oxu.Az BAKU.WS-ə istinadla xəbər verir ki, verilişə qonaq qismində qatılan məşhur qəssab çəkiliş heyəti ilə çimərlik futbolu da oynayıb. Nüsrət məşhur şouya prodüser Acun İlıcalının dəvəti ilə qatılıb. Onların birlikdə futbol oynamasını əks etdirən videonu Nüsrət öz şəxsi “Instagram” hesabında paylaşıb.
Qeyd edək ki, 2010-cu ildən Dubayda və Türkiyədə fəaliyyətə başlayan Nüsrət Gökçənin rəhbərlik etdiyi “Nusr-Et Steakhouse” restoranı dünyada məşhurlaşıb. Onu da qeyd edək ki, bu yaxınlarda məşhur Hollivud ulduz Leonardo Di Kaprio da Nüsrətin qonağı olub. Bundan başqa, onun “duz səpmə hərəkəti” nəinki Türkiyədə, bütün dünyada məşhurdur.
Nüsrət Dubaydakı bir media şirkətində çalışan Candy Denat ilə birlikdə yaşayır. Təxminən 1 il əvvəl baş tutan tanışlıq bir müddət sonra qarşılıqlı eşqə çevrilib. Cütlük keçən ay məşhur bir italyan geyim markasının Dubayda keçirilən təbirinə də birlikdə qatılıb.
A.S.
www.oxu.az