“Kanal D”də yayımlanan “Rəngli səhifələr” proqramına qonaq olan aktrisa və aparıcı İpək Tanrıyar iş həyatında başına gələnlərdən danışıb.

Oxu.Az xəbər verir ki, o, zamanla təcavüzə məruz qaldığını söyləyib.



“Hər cür təcavüzlə qarşılaşdım. Çox əcaib şeylər oldu. Mən məruz qaldığım zaman səsimi çıxardım. Amma səs çıxartmayacaqsınızsa, davamlı şəkildə eyni hadisə ilə qarşılaşaqcaqsınız”,-deyə Tanrıyar bildirib.
