Bu gün Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanət maddəsi ilə həbs olunmuş jurnalist Rauf Mirqədirovun məhkəməsi keçirilib.
Oxu.Az xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin barəsində qəbul edilmiş 6 il azadlıqdan məhrumetmə cəzası dəyişdirilib.
Yeni qərara əsasən, Mirqədirova 5 il şərti həbs cəzası verilib.
O, məhkəmə zalından azadlığa buraxılıb.