Müğənni İradə İbrahimova yarıdıcılığında növbəti yeniliyi etdi.
Oxu.Az xəbər verir ki, ötən aylarda nostaljiyə köklənən “Seneler” klipini yayıma çıxaran sənətçimizin yeni klipi fərqli ampluadadır. Dinamik və yay əhval-ruhiyyəli klip “Olmamalıydı” mahnısına çəkilib. Söz və musiqisi Şehrazata, aranjimanı Ozan Çolakoğluna məxsus mahnıya Gülşən Aybaba rejissorluq edib.
Klipi haqqında danışan İradə İbrahimova “Klip hər kəsdə yüksək əhval-ruhiyyə yaradacaq. Əsl yayın klipi demək olar. Çəklilişlər bir neçə günə nəzərdə tutulsa da, bir günə başa çatdıra bildik. İşini bilən və pozitiv heyətlə çalışdım və uğurlu nəticə alındığına inanıram” deyib.
Aytən Sadıqzadə
www.oxu.az