Ana olandan sonra bir qədər kökəldiyini hiss edən xanım sənətçimiz sağlam vasitələrin köməyi ilə bədən ölçüsünü azalda bilib.
Oxu.Az Show.az-a istinadən xəbər verir ki, bu günlərdə yeni fotolar çəkdirən İradə İbrahimovanın arıqladığı diqqətdən yayınmır.
Sənətçi formada qalmaq üçün mütəmadi idmanla məşğul olduğunu açıqlayıb. Qida rasionuda məhdudiyyətlər az olsa da, sənətçimiz gündə bir neçə dəfə, amma az qida qəbul edir. Eyni zamanda arıqladan xüsusi çay qəbul edir.
Artıq çəki kompleksindən azad olan sənətçini səhnəyə qayıtmasını arzulayan çoxdur. Onun fəal istifadəçisi olduğu sosial şəbəkələrdə yüzlərlə adam sənətçiyə bu səpkidə məktublar ünvanlayır.
“Ailəmlə gözəl günlər yaşayıram. Və xoşbəxtəm. Çatışmayan səhnədi. Ora da yaxınlarda qayıdacam. Xoşbəxtliyimə xoşbəxtlik qatacam” – deyən İradə xanım sevənlərinə belə bir müjdə verib.