“İş həmişə var” komandası bu həftə İmişliyə yollanıb.
Oxu.Az xəbər verir ki, aparıcı Fərid İmişlidəki “Şəkər-yem fabriki”ndə və quşçuluq fermasında özünü müxtəlif peşələrdə sınayıb.
Qeyd edək ki, proqramın müəllifi və aparıcısı Fərid Rəsul, redaktorları Lalə Əliyeva, Zəhra Rüstəm Osmanova, rejissoru Tofiq Babayev, prodüseri Azad Əlizadədir.
Verilişə aprelin 20-si saat 13.15-də ATV-də baxa bilərsiniz.
“İş həmişə var”ın informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.
Aytən Sadıqzadə
www.oxu.az