İtalyan aktrisası Anita Kravos paytaxtımıza gələcək.
Oxu.Az xəbər verir ki, oktyabr ayının 20-dən 25-dək “28 Cinema” kinoteatrında, bütün dünyada keçirilən italyan dili həftəsi çərçivəsində İtaliya cəmiyyəti olan N.I.C.E və İsveçrənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə İtaliya Film Festivalı keçiriləcək.
40 yaşlı italyan aktrisası Anita Kravos isə festivalın fəxri qonağı qismində iştirak edəcək.
Qeyd edək ki, aktrisanın rol aldığı “Böyük gözəllik” filmi – “Oskar 2014” mükafatının laureatçısıdır.
Aytən Sadıqzadə