Türkiyədə yayımlanan “Bu tarz benim” dəb yarışmasının münsiflərindən biri, modelyer İvana Sərt Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, bu haqda prodüser Tolik İnstaqram səhifəsində məlumat verib:
“Qonaqlarımız var. Xoş gəliblər. Ruhi, İvana və mən...”.
Qeyd edək ki, bu, İvana Sərtin ilk gəlişi deyil. O, bundan əvvəl biznes ledi Ruhi Əliyevanın dəvəti ilə “Özünə bax” layihəsinin qonağı olmuşdu.
