Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Jah Khalibin pərəstişkarları ləğv edilmiş konsertlər üçün pullarını geri ala bilmirlər
Jah Khalibin (əsl adı Bəxtiyar Məmmədov – red.) pərəstişkarları reperin ləğv edilən konsertlərinin pulunu qaytara bilmədiklərindən şikayətləniblər.
Musiqiçinin fanatları bildiriblər ki, Moskva və Sankt-Peterburqdakı konsertlərə bilet satanlar pulu qaytarmaqdan imtina edirlər. Satıcılar konsert təşkilatçılarının pulu geri qaytarmaq istəmədiklərinə istinad edirlər.
“Dinləyicilərə qarşı belə münasibətlə qarşılaşmaq çox üzücüdür. Artıq bir aydır ki, pulun geri qaytarılmasını gözləyirik”, - deyə Jah Khalibin konsertində iştirak etmək istəyənlərdən biri gileylənib.
Aprelin 19-da məlum olub ki, Azərbaycan əsilli qazaxıstanlı reper Jah Khalibin Moskva və Sankt-Peterburqdakı konsertləri ləğv edilib. Sənətçinin konsertləri Moskvada aprelin 23-də, Sankt-Peterburqda isə aprelin 25-də keçirilməli idi.
Mənbə: gazeta.ru
"Jah Khalib" teqi üzrə xəbərlər
- Bakıda "DREAM FEST 2024" Beynəlxalq Musiqi Festivalı başlayıb
- Daşkənddə Jah Khalibin konsertinə görə izdiham yaşanıb - VİDEO
- “Bu il Azərbaycan dilini öyrənməyə başlamağı planlaşdırıram” - Jah Khalib ilə MÜSAHİBƏ
- Jah Khalibdən Rusiyadakı konsertlərinin ləğv edilməsi barədə AÇIQLAMA
- Azərbaycanəsilli müğənninin Moskva konserti də ləğv edildi
Rəylər