Yayın əsas hadisəsi “Jara-2020” beynəlxalq musiqi festivalı koronavirus pandemiyası səbəbi ilə təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə festivalın əsas təşkilatçısı, Xalq artisti Emin Ağalarov sosial media hesabında video müraciət yayımlayıb.
Video müraciətdə deyilir:
“Əziz dostlar, böyük təəssüf hissi ilə koronavirus pandemiyası və onun dünyada möhtəşəm tədbirlərin keçirilməsində yaratdığı çətinliklər üzündən Bakıda keçiriləcəyi planlaşdırılan “Jara” beynəlxalq musiqi festivalını 2021-ci il iyulun 28-dən avqustun 1-dək təxirə salmağa məcburuq.
Konsert proqramı və qonaq sənətçilərin adları dəyişilməyəcək. Üstəlik, bir çox xoş sürprizlər və gözlənilməz ulduzların iştirakı olacaq. Bu il alınan bütün biletlər gələn il etibarlı olacaq! 2021-ci ildə biletlərin qiymətində dəyişikliklər olsa da belə, əlavə ödəniş tələb olunmayacaq”.
Посмотреть эту публикацию в Instagram"Bakı" teqi üzrə xəbərlər
- Bakıda ağır qəzada ölən gəncin fotoları
- Erməni rəqqas Arsen Aqamalyan Bakıya gəldi: "Qardaşım və bacım burada yaşayır" - Foto
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
Digər xəbərlər