Ötən gün vəfat edən müğənni Kayahanın xəstəxanada çəkilən son fotosu yayılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, fotoda müğənninin ailə üzvləri ilə yanaşı həmkarları Sezen Aksu və Nülufər də yer alıb.
Kayahanın ölümü ilə əlaqədar müalicə aldığı xəstəxana yazılı açıqlama yayıb:
“Kiçik hüceyrəli ağciyər xərçəngi səbəbiylə bir müddətdir ki, müalicə alan məşhur sənətçi Kayahan vəfat edib. O, xəstəliyinin inkişaf etməsi nəticəsində yaranan tənəffüs çatmazlığı və bundan yaranan orqan çatışmazlığı səbəbiylə həyatını itirib”.
