Avstraliyalı pop ulduz Kayli Minoq ailə quracağı ilə bağlı şayiələrə aydınlıq gətirib.
Gazeta.ru məlumat verib ki, ifaçı gəzən söz-söhbətlərə dair “Twitter”də paylaşım edib.
“Sevgini hər birimiz sevirik, amma şayiələr nəzarətdən çıxır”, - deyə Kayli bəyan edib. O, GQ jurnalının kreativ direktoru Pol Solomonsla görüşdüyünü, lakin nişanlı olmadıqlarını bildirib.
Qeyd edək ki, bir müddət öncə Solomonsun anası cütlüyün nişanlandığını bildirib. Minoqun pərəstişkarları isə onun “Instagram”dakı videosunda “nişan üzüyü” taxmasına fikir veriblər.
Xatırladaq ki, cütlük 2018-ci ildən birlikdədir.
#Lovers ... we ALL love LOVE but rumours are getting out of hand! Paul is 💖 We are 🥰 but not 💍. You are all 👏🏻 and we ❤️ you.
— Kylie Minogue (@kylieminogue) February 6, 2021