Əkiz körpələrini qucağına almaq üçün gün sayan keçmiş model Ebru Şancıya həkimi pis xəbər verib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o, əkizlərdən birini itirib.
Ebru Şancı ötən il futbolçu Alpaslan Öztürk ilə Belçikada evlənib.
Qeyd edək ki, Şancı modelliyi buraxdıqdan sonra moda sahəsinə qatılıb. Öz adını daşıyan geyim markası yaradaraq Nişantaşında mağaza açıb.