Türkiyəli müğənni Kənan Doğulu və aktrisa Beren Saat həftə sonu Amerikadan bal ayından qayıdıblar.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, hava limanında görüntülənən cütlük birbaşa Bodruma yollanıb. K.Doğulu bu gecə qardaşı Ozanla birlikdə verəcəyi konsertə hazırlaşarkən Beren qaynının qızı Arya ilə vaxt keçirib.
Onunla çəkdirdiyi şəkli İnstagram səhifəsində paylaşan aktrisanın həmin fotosu qısa müddətdə 15 mindən çox izləyici tərəfindən bəyənilib.