İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər keçirib.
Oxu.Az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlamalar zamanı Abşeron rayonunda, Bakının Nizami, Nərimanov rayonunda, Şəkidə, Zərdabda, Gəncədə və Zaqatala rayonunda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
Məlumatda istehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.
Gülnarə Zeynalova
www.oxu.az