Rejissor Kənan M.M-in azadlığa buraxılması haqda xəbər vermişdik.
Oxu.Az-ın məlumatına görə, sərbəst buraxılan rejissor duyğularını sosial şəbəkədə bölüşüb.
“Heç kim sabahına cavabdeh deyil. Ən böyük nemət azadlıqdır. Bütün arxamda duran dostlarıma, məni sevənlərə təşəkkür edirəm. Özümü böyük bir ailənin üzvü hiss etdim. Yaxşı ki, varsınız. Bəzi şeyləri dualarınıza borcluyam. Halal edin”.
Qeyd edək ki, Kənan M.M Vüqar Muradov adlı müğənninin şikayət ərizəsi əsasında iyulun 29-da həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsinə əsasən ittiham elan edilib. Lakin sonradan V.Muradov şikayət ərizəsini geri götürüb. Bundan sonra Kənan Mahmudov azadlığa buraxılıb.