Bu gün Xəzər rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, fasilə qaz şəbəkəsində təmir işlərinin aparılması və qaz xəttinin mənbəyə birləşdirilməsi ilə əlaqədardır.
Təbii qaz təchizatında məhdudiyyət təmir işləri başa çatanadək davam edəcək.