“Pirallahı adası-quru” yatağında yeni quyular qazılır.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Kompleks Qazma İşləri Tresti “Pirallahı adası-quru” yatağında 2 yeni quyuda qazma işlərinə başlayıb. 1173 nömrəli quyunun layihə dərinliyi 690, 1175 nömrəli quyunun layihə dərinliyi isə 820 metrdir.
Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.
Gülnarə Zeynalova
www.oxu.az