Müğənni Kərim Abbasov ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişinin qonağı olub.
Oxu.Az xəbər verir ki, o, mərhum rejissor Şahin Zəkizadənin çəkdiyi “Sorma” klipinə baxarkən göz yaşlarına hakim ola bilməyib.
“Bu klipi Şahin Zəkizadə lentə alıb. Çəkiliş ərəfəsində çox əziyyət çəkib. Allah rəhmət eləsin, pis oldum.
Hərdən baxıb qınayırlar ki, nə etmisən ki? Xeyr, elə deyil. Çox əziyyət çəkmişəm, indi də əziyyət çəkirəm. Mən bu sənətə illərimi, ömrümü, qazancımı vermişəm, həyatım məhv olub.
Efirlərdə “vuruldum”, söyüldüm. Məni çox “sındırdılar”. Amma yenə də ayağa qalxdım. Hətta Azərbaycanı tərk etdim, illərlə Türkiyədə yaşadım”, - deyə ifaçı bildirib.
A.S.
www.oxu.az