OPEC-in xam neft istehsalı Liviya və Nigeriyada hasilatın artması səbəbindən yüksəlib.
Oxu.Az Bloomberg-ə istinadən xəbər verir ki, OPEC-in neft istehsalı may ayında gündəlik 315,000 barel artaraq 32.21 milyon barelə çatıb.
Liviyanın hasilatı 210,000 artaraq gündəlik 760,000 barelə, Nigeriyanın istehsalı 100,000 artımla gündəlik 1.7 milyon barelə yüksəlib. Hər iki ölkədə hasilat artımı qarşıdurmaların azalması, istehsal sahələrinin yenidən fəaliyyətə başlaması nəticəsində baş verib.
Bu arada hasilatın artması neftin dünya bazarındakı qiymətini ucuzlaşdırıb.
L.Ə.
www.oxu.az